XƏBƏR LENTİ

20 Yanvar 2021

Digər Xəbərlər

12 Aprel 2016 - 09:29

Ərdoğan alman komediya aktyorunu məhkəməyəverib

erdoqan-23

 

Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan Almaniya televiziyasında haqqında satirik şeir oxumuş komediyaçını məhkəməyə verir. Bu barədə alman müstəntiqlər məlumat ayıb.

Komediyaçı Jan Boehmerman efirdə Türkiyə liderini “peşəkar idiot” adlandırıb, onun heyvanlarla cinsi əlaqəyə girdiyini iddia edib. Martın 31-də Almaniyanın ZDF televiziyasında yayımlanan bu veriliş Berlinlə Ankara arasında diplomatik mübahisə yaradıb.

Türkiyə hökuməti daha öncə də bu şeiri qəbuledilməz adlandırıb, Boehmermanın cəzalandırılmasını tələb edib.

Müstəntiqlər artıq 20-dən çox adam şikayəti əsasında komediyaçı və ZDF kanalına qarşı “xarici dövlət orqanları və təmsilçilərinin təhqir olunması” ittihamıyla təhqiqata başlayıb.

Almaniya hökumətinin sözçüsü Steffen Seibert aprelin 11-də deyib ki, söz azadlığı danışıqlar predmeti olmayan hüquqdur.