XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 09:43

Roqozin:“Bakı və Yerevana silah satmasaq, amerikalılar və NATO dərhal orada peyda olacaq”

roqozin

"Rusiya Ermənistan və Azərbaycana maraqlar tarazlığını gözləyərək silah satır".

Bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin bazar ertəsi "Exo Moskvı" radiostansiyasının efirində deyib.

Bununla yanaşı, o, vurğulayıb ki, Rusiya tərəflərdən hər hansı birinə silah satışını dayandıran kimi, onun yerini dərhal ABŞ və ya başqa dövlətlər tutacaq.

"Təsəvvür edək ki, biz bu ölkələrlə hərbi-texniki əməkdaşlığı məhdudlaşdırırıq – amerikalılar və NATO dərhal orada peyda olacaq. Siz düşünürsünüz ki, digərləri silah satışını dayandıracaq? Məsələ başqadır – biz silah tədarük edərkən dəqiq bilirik ki, müəyyən balans var və bu qabaqlayıcı amildir", – deyə D.Roqozin qeyd edib.

Onun sözlərinə görə, digər ölkələr də bu regiona "zərbə-hücum xarakteri daşıyan silahlar" satacaqlar.

"Ermənistan bizim KTMT üzrə müttəfiqimizdir və biz onunla hərbi-texniki əməkdaşlıq edirik. Azərbaycan bizim müttəfiqimiz deyil, lakin regionda strateji tərəfdaşımızdır, bizi onunla iqtisadiyyat üzrə çox şey bağlayır – Rusiyada böyük diasporu var. Və onlar Rusiya silahlarına görə pul ödəyirlər", – deyə D.Roqozin bildirib(Report).