XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

12 Aprel 2016 - 12:41

Saakaşvili ultimatum verdi:“Biz daha gözləmək niyyətində deyilik"

saak-5.jpg

Odessa Dövlət Administrasiyasının rəhbəri Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkodan “təcili və əsaslı islahatlara” başlamasını tələb edib.

O, bu barədə "Facebook" səhifəsində yazıb:

Biz gözləməkdən və boş vədlər eşitməkdən yorulmuşuq. Hələlik köhnə korrupsiyaya uğramış sistem addımbaaddım revanş götürür”.

“Xalq etimadına əsaslanan, müqavilələr olmadan, ukraynalıların etibar edə biləcəkləri hökuməti formalaşdırmaq lazımdır”, – deyə Saakaşvili bəyan edib.

Qubernator, həmçinin Odessa vilayətinin baş prokuroru Nikolay Stoyanovun işdən çıxarılmasını tələb edib. O, prokuroru “separatçı və oliqarxların quyruq qulu” adlandırıb.

M.Saakaşvili Odessanın meri Genadi Truxanova qarşı da cinayət işinin açılmasını tələb edib. Şəhər rəhbərini də "separatçı" adlandıran Saakaşvili Truxanovun ofşor müəssisələr sahibi olduğunu və Rusiya vətəndaşlığının olduğunu bəyan edib.

Bundan başqa, qubernator Ukrayna Təhlükəsizlik Xidmətinin və Dövlət Fiksal Xidmətinin rəhbərlərinin də tutduqları vəzifədən azad edilmələrini tələb edib. Onun fikrincə, onlar “Ukrayna xalqının mənfəəti üçün işləmirlər, aşkar quldurluqla məşğul olurlar”.

“Biz daha gözləmək niyyətində deyilik, biz bu sistemi ya bu hakimiyyət ilə, ya da onsuz dəyişəcəyik!”, – deyə Saakaşvili sonda ultimativ formada vurğulayıb.

Virtualaz.org