Rusiyanın Hava –Kosmik Qüvvələrinin Mi-28H zərbə vertolyotu Suriyada qəzaya uğrayıb.
Strateq.az Rusiya Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, qəza nəticəsində yerə düşən vertolyotun 2 ekipaj üzvü həlak olub. Hava maşını yerdən vurulmayıb.
“Qəza baş verən yerdə odlu silahdan atəş açılması faktı müəyyən olunmayıb”, -deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Axtarış qrupu həlak olan təyyarəçilərin meyitlərini taparaq Xmeyimdəki bazaya gətirib. Qəzanın səbəbləri araşdırlır.
Mi-28H vertolyotu Palmiranın azad olunması zamanı istifadə edilib.