XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 14:36

Dünyanın ən güclü xüsusi təyinatlıları- FOTOLAR

424417_000

Dünyada bütün ölkələrin xüsusi təyinatlı dəstəsi var. Xüsusi təyinatlıların olduğu ərazilərə adi əsgərlər girməyə çəkinirlər. Ordunun elitası, ən yaxşıları bu dəstələrinin döyüşçüləridir. 

"SSG" – Pakistan

Pakistan Ordusunun xüsusi təyinatlı dəstəsi – İngiltərənin SAS və ABŞ-ın bir sıra xüsusi təyinatlı dəstələrinin bazasında 1956-cı ildə qurulan dəstənin şəxsi heyətinin sayı sirr olaraq qalır. Soyuq müharibə dövründə ABŞ-la birlikdə mübarizə aparan SSG, baş verən terror hadisələrinə müdaxilə edir. 

Təxminən 10 tabordan (8000-9000 şəxsi heyət) ibarət olduğu ehtimal olunur. 

İspaniya

2009-cu ildən ispan xüsusi təyinatlı dəstəsi dünyanın ən güclü döyüşçülərindən sayılır. Əvvəlcə xüsusi təyinatlı dəstə qruplaşması yalnız könüllü birləşmə kimi yaradılmışdı, ancaq döyüş hərəkətlərində (təsirlərində) daimi məşqlər və iştiraklar onu zəhmli gücə çevirdi.

"Alfa Qrupu" – Rusiya 

Digər adı ilə hamı bu dəstəni "spetsnaz" kimi tanıyır. "Alfa Qrupu" rus ordusu tərəfindən sülh və müharibə zamanında kəşfiyyat aparmaq və xüsusi tapşırıqları yerinə yetirmək üçün qurulmuşdur. Avadanlıq baxımından adi piyadalardan çox üstündürlər. Dəstə 1979-cu ildə SSRİ DTK-dan aldığı əmrlə Əfqanıstan prezidenti Hafizullah Əminə qarşı uğurlu sui-qəsd təşkil edib.

1978-ci ildə İngiltərəyə qaçan GRU agenti Vladimir Rezuna görə, "Alfa"-nın 1970 və 1980-ci illərdə 30 minə yaxın üzvü olub. 
 
"Sayeret Matkal" – İsrail

SAS – Böyük Britaniya

1941-ci ildə qurulan "Special Air Service" (SAS) İkinci Dünya Müharibəsi, Malaya təhlükəsi, İndoneziya-Malayziya qarşıdurmaları, Şimali İrlandiya problemi, Falkland döyüşü, İraq müharibəsi və Əfqanıstan müharibəsində tapşırıqlar yerinə yetirmişdir. Bundan başqa, dəstənin snayper qrupu vardır və bu qrup gizli hücumlarıyla məşhurdur.

SAS əsgərləri MI5 və MI6-da əks-kəşfiyyat təhsili alır. 
 
"Delta Force" – ABŞ

Terrorla mübarizə sahəsində ixtisaslaşan "Delta Force" qrupu ABŞ-ın ən mühüm dəstələrindən biridir. 1977-ci ildə qurulan dəstə "Yaşıl Beretlilər" və ya "Rangers" kimi də tanınır. Dəstə ABŞ-ın iki əsas antiterror qruplarından biridir. 

"Delta Force"un əsas vəzifəsi antiterror, üsyan və dövlətlərarası vasitəçilik əməliyyatlarının həyata keçirilməsindən ibarətdir. Bundan başqa, bir çox gizli tapşırıqları yerinə yetirən bir təşkilatdır. Bu gizli tapşırıqlar çərçivəsində girovların xilas edilməsi, basqın etmək və gizli düşmən qüvvələri aradan qaldırmaq da var(baku.ws).