Sovet hökümətinin qurucusu Vladimir Leninin cəsədinin Kremldə saxlanması üçün Federal Mühafizə Xidməti 2016-ci ildə 13 milyon rubl ödəyəcək.
Strateq.az-ın məlumatına görə, dövlət sifarişləri barədə məlumatlar yerləşdirilimiş portalda qeyd olunur ki, FMX Leninin saxlanması üçün xidmətin aparılmasına görə yeganə qurum kimi müəyyən edilib. Tibbi-bioloji işlərin aparılmasına görə federal büdcədən 13 milyon rubl ayrılıb.
Müqavilə şərtinə görə, işlər noyabr ayına qədər başa çatmalıdır.