XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

13 Aprel 2016 - 10:49

ABŞ-ın Suriya ilə bağlı “B planı” açıqlandı –Ruslara xəbərdarlıq edildi

Suriya-65

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və onun Yaxın Şərqdəki tərəfdaşları Suriyada atəşkəsin pozulmasının baş verəcəyi halda  müxalifətin daha güclü silahlarla təchiz edilməsi planı hazırlayıb.

Bu barədə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti Vaşinqtondakı mənbələrinə istinadla məlumat yayıb.

Qəzetin mənbələri məlumat veriblər ki,  ABŞ-ın “B planı”nın əsas məqsədi Bəşər Əsəd rejiminə müxalif olan mötədil qüvvələri daha güclü silahlarla təmin etməkdir.  “B planı” mötədil müxalif qüvvələrə elə islahatların verilməsi nəzərdə tutulur ki,  təyyarələri, artilleriya  atəş nöqtələrini, ordu mövqelərini vurmaq,  zərbələr endirmək mümkün olsun.

The Wall Street Journal” qəzeti ABŞ-ın Suriyada  “B planı”nın olması barədə ilk dəfə bu il fevralın sonunda məlumat vermişdi.

O zaman bununla bağlı məqalədə qeyd edilirdi ki, Pentaqon və MKİ Rusiyanın Suriyada atəşkəs planına riayət edəcəyinə şübhə ilə yanaşırdı.

Qəzet məlumat verir ki, MKİ müttəfiqləri əmin edib ki, Suriyada atəşkəsə riayət olunmayacağı, sülh danışıqları nəticə verməyəcəyi halda mötədil Suriya müxalifəti daha güclü silahlarla təchiz ediləcək.

Xatırladaq ki, bu il fevralın 27-dən etibarən Suriyada atəşkəs elan olunub. Atəşkəs İŞİD, “Camaat əl-Nusra” və BMT Təhlükəsizlik Şurasının qərarı ilə terror təşkilatları siyahısına daxil edilmiş təşkilatlara aid edilməyib.

Qəzet məlumat verir ki, ABŞ və müttəfiqləri hələ ki, “B planı”nın ən ümumi tərəflərini razılaşdırıblar.

Vaşinqtondakı mənbələr qeyd ediblər ki, amerikalılar Rusiyanı atəşkəsin pozulacağı halda rus təyyarələri və pilotlarının real təhlükə ilə üzləşəcəkləri barədə xəbərdar ediblər.

Qəzetin mənbələri məlumat veriblər ki, bu yaxınlarda MKİ müxalif qüvvələr “Qrad” BM-21 tipli reaktiv atəş sistemləri almağa imkan verib. Amma bunların sayı çox deyil.

Strateq.az