XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

13 Aprel 2016 - 15:26

“Suriyadan getmək Moskvanın marağında deyil” –Sabiq nazir

oqrizko

"Suriya Rusiyaya əvvəlki kimi lazımdır".

Bunu Ukraynanın keçmiş Xarici İşlər naziri Vladimir Oqrızko Ukrayna mətbuatına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Putin Suriyadan ordularını çıxartmamaqla qeyri-adekvat davranış sərgilədi:

“Bəli, qoşunların müəyyən bir hissəsi Suriyadan çıxdı, amma böyük bir qüvvə hələ də oradadır. Suriyadan getmək Moskvanın marağında deyil. Məhz Suriya əməliyyatı nəticəsində Kreml bu ölkədə öz təsirini artırdı”.

Qeyd edək ki, Putin mart ayında rus qoşunlarının Suriyadan çıxması barədə tapşırıq versə də, sonradan Qərb mətbuatı, əslində, Moskvanın qoşunlarının böyük bir hissəsini bu ölkədə saxladığını sübut edib(Axar.az).