XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 16:24

Rusiya Şimali Qafqazda ən yeni hərbi texnika və silahlarınısınaqdan çıxardı

top-atesleri-

Şimali Qafqazda Rusiya qoşunlarının topçuları ən yeni hərbi texnika və silahların iştirakı ilə təlimlər keçiriblər.

Bu barədə Rusiya Silahlı qüvvələri Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.

Təlimlər Şimali Osetiya, Dağıstan, Çeçenistan və Cənubi Osetiyanın ərazisində keçirilib.

“Təlimlərin gedişatında xüsusi diqqət “Zoopark-1” ən yeni radiolokasiya kompleksləri, “Xrizantema-S” özüyeriyən tank əleyhinə raket kompleksləri, "Msta-S" özüyeriyən artilleriya sistemləri, “Tornado-Q” reaktiv yaylım atəş sistemləri və “Podnos” minaatan sistemlərinin mənimsənilməsinə ayrılıb”, – xəbərdə deyilir.

Təlimlərdə 3,5 mindən çox topçu, silah və hərbi texnikanın təxminən min vahidi iştirak edib(Publika.az).