XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 17:11

Şimal qütbüyerini dəyişir

14605471361062562836_1000x669

Yerin Şimal qütbü 2000-ci ildən başlayaraq şərqə doğru hərəkət edir.

Azərtac Rusiya mətbuatına istinadla xəbər verir ki, NASA əməkdaşları bu qənaətdədirlər. Onlar vurğulayıblar ki, bunun səbəbi insan fəaliyyətinin nəticəsi olan iqlim dəyişiklikləridir. Ümumilikdə isə son 115 ildə Şimal qütbü yerini 12 metr dəyişib. Maraqlıdır ki, əvvəllər Kanada tərəfə ildə 7-8 santimetr hərəkət edən qütb indi Britaniya adaları tərəfə yerini dəyişir və iki dəfə sürətlə hərəkət edir.

Alimlər güman edirlər ki, Şimal qütbünün yerdəyişməsi Qrenlandiyada və Antarktidanın qərbindəki buzlaqların azalması ilə bağlıdır. Bundan başqa, Xəzər dənizi regionundakı quraqlıq da qütbün hərəkətinə təsir edən amillər sırasındadır. Lakin bu prosesdə təhlükə yoxdur. Alimlər bildirir ki, 6,5 min il bundan əvvəl də belə olub, ancaq bütün canlılar yaşaya bilib.