XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Aprel 2016 - 17:18

Almaniyadan 7 bəndlik Qarabağ planı:səfir təsdiqlədi

alman parle

Almaniyanın İrəvandakı səfiri Bernard Matias Kisler rəsmi Berlinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeddi bənddən ibarət sənəd hazırlayıb “daxili dövriyyəyə təqdim etdiyini” açıqlayıb.

Səfir bu haqda “İnterfaks”a açıqlamasında bildirib.

“Bu sənəd bir neçə əsas müddəadan ibarətdir, onlardan ən başlıcası və mühümü atəşkəs rejiminin qorunub saxlanılmasıdır”-səfir bildirib. Matias Kesler sənədin detallarını açıqlamayıb. Habelə sənədin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə müzakirə edilib edilmədiyinə dair açıqlama verməyib. Bildirib ki, bu barədə informasiyaya malik deyil.

Almaniya hazırda ATƏT-ə sədrlik edir. Aprelin əvvəllərində Qarabağda başlayan və 4 gün davam edən hərbi əməliyyatların dayandırılmasının ardınca Ermənistan prezidenti Serj Sarkisyan Berlinə səfər edib. Aprelin 7-də “The Wall Street Journal” qəzeti yazıb ki, Almaniya Qarabağ münaqişəsinin nizamlanmasına dair səyləri artırmağı planlaşdırır. Yüksək rütbəli alman diplomat qəzetə bildirib ki, tərəflərə rəsmi sülh danışıqları üçün yeddi bənddən ibarət plan təklif edəcəklər.

Qəzet adının açıqlanmamasını istəyən diplomata istinadən həmin planının Minsk Qrupuna daxil olan 11 ölkənin işinin fəallaşdırılmasını da nəzərdə tutur. Sənədə Azərbaycanla Ermənistan arasında etimad tədbirləri, iki ölkə hökumətləri arasında qaynar xəttin yaradılması, potensial kompromis nöqtələrinin axtarılması və uzunmüddətli sülh razılaşması üzərində danışıqların başlanması daxildir. “Mahiyyətcə söhbət ondan gedir ki, dayanıqlı atəşkəs rejiminin təmin edilməsi və proseslərin danışıqlar məcrasına keçməsi üçün dialoqun aparılmasından, habelə etimaddan və stabilliyin yaradılmasından gedir”-Almaniya XİN-in əməkdaşı bildirib.

Qeyd edək ki, rəsmi Bakı Ermənistanın danışıqlar prosesini mümkün qədər uzatmaq və status-kvonu saxlamaq taktikasına xidmət edən bu cür etimad təşəbbüslərini qəbul etmir. Azərbaycan tərəfi qarşılıqlı etimad tədbirlərinə bir şərtlə razıdır ki, bütün bunlar status-kvonun saxlanılmasına yox, dəyişməsinə xidmət etsin(virtualaz.org).