XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 17:35

Qroysman Ukraynanınbaş naziri olmağa razılıq verdi

qroysman-300x189

Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman ölkənin Nazirlər Kabinetinə başçılıq etməyə razılıq verib və parlament koalisiyası üzvləri ilə gələcək hökumətin formatı barədə kompromisə nail olduqlarını bildirib.

Bu barədə o, özünün Facebook səhifəsində məlumat yerləşdirib.

“Interfax” xəbər verir ki, Qroysman, həmçinin aprelin 13-də parlament koalisiyası üzvlərinin Nazirlər Kabinetinin təklif edilən heyəti ilə bağlı müzakirə aparmaq imkanının olacağı barədə informasiya da verib.

Xatırladaq ki, ötən bazar günü baş nazir Arseni Yatsenyuk bu postu tərk etmək qərarına gəldiyini bildirmişdi.