XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

13 Aprel 2016 - 18:40

Türkiyə prezidentinin vəkili danışdı:Ərdoğan alman jurnalisti cəzalandırmaqda israrlıdır

erdoqan-23

31 martda Almaniyanın ZDF kanalında onun haqqında oxuduğu təhqiramiz şerə görə jurnalist Yan Bömermanı  məhkəməyə verən Türkiyə prezidentinin vəkili bu məsələ ilə bağlı açıqlama verib. ZDF  kanalının "Heute Journal"  proqramında çıxış edən Ərdoğanın vəkili Huberts fon Sprenger sona qədər gedəcəklərini açıqlayıb. Onun sözlərinə görə, iddiaçı tərəf kimi bütün hüquqi vasitələrdən istifadə olunacaq. 

Vəkil bildirib ki, o, hər hansı şəxsin müdafiəsini üzərinə götürübsə, bu iş sona çatdırılacaq: “Prezident bu məsələ ilə bağlı əlaqədar şəxsin məhkəmədə cavab verməsini, cəzalandırılmasını, eyni zamanda bir daha belə hərəkətə yol verməməsini istəyir”.

ZDF kanalı və jurnalist Jan Böhermannı bu həftə efirə çıxmalı olan proqramı yayımlanmayacağını açıqlayıblar.

Ərdoğanın tələb jurnalistə qarşı Almaniya Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə araşdırma başladılması və onun 103-cü (əcnəbi  dövlət xadimini təhqir etmək) maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasıdır. Bu maddə ilə cinayət işi başlamaq üçün isə hökumətin razılığı olmalıdır.

Bu məsələ hazırda Almaniyada geniş müzakirə olunmaqdadır.  Xüsusən kansler Angela Merkelin Ərdoğanla görüşdə onun haqqında  süjetdə qəsdən təhqirə yol verilməsini söyləməsindən sonra diskusiyalar daha sərt xarakter alıb.

Ərdoğanla bağlı süjetdə elə təhqiramiz ifadələr işlənib ki,  hətta bu ərkəsöyünlüyü və doğurdan da azadlığı ilə diqqət çəkən alman mediası üçün də qəbuledilməz sayılır.  Bununla belə Ərdoğanın məhz jurnalistə qarşı cinayət işi açılmasında israr etməsi Almaniyada təqdir edilmir və onun avtoritar kimliyinin, siyasətinin təzahürü kimi qiymətləndirilir.

Strateq.az