XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 09:37

Obama:“İŞİD müdafiəyə keçib, biz isə hücum edirik”

 

obama-44

ABŞ Prezidenti Barak Obama deyib ki, Suriya və İraqda İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı savaşan ABŞ koalisiyası ekstremist qrupu özünümüdafiəyə məcbur edib, onun tutduğu ərazini sıxışdırıb, yüksək çinli liderlərini hədəfə alıb.

“İŞİD müdafiəyə keçib, biz isə hücum edirik” –deyə, Obama aprelin 13-də Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) qərargahında milli təhlükəsizlik müşavirləri ilə görüşdən sonra deyib.

“Üstünlük bizdədir və bunu əlimizdə saxlayacağıq”, Obama söyləyib. O, ABŞ-ın İŞİD liderlərinə zərbələri davam etdirəcəyini də sözlərinə əlavə edib: “Üzümüzə gələn günlər, həftələr ərzində daha da irəli gedəcəyik. İŞİD liderləri hər gün oyanır və anlayır ki, bu, onların son günü ola bilər”, -deyə Obama vurğulayıb.