XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 09:45

Bu gün Putin vətəndaşlara hesab verəcək –14-cü canlı bağlantı baş tutacaq

putin=canli=efir=1

Bu gün Rusiya prezidenti Vladimir Putin 14-cü dəfə canlı efirdə vətəndaşların və jurnalistlərin suallarını cavablandıracaq.  Bu dəfə “Vladimir Putinlə canlı bağlantı”nın əsas mövzuları ölkədəki iqtisadi vəziyyət, vətəndaşların sosial və məişət problemlərinin həllidir.  Rusiyanın “RBK” agentliyinin məlumatına görə, bu günlərdə Moskva yaxınlığındakı pansionatlardan birində canlı bağlantının məşqi həyata keçirilib.

Putinlə canlı efir  “1-ci”, “Rusiya-1” və “Rusiya 24” televiziya kanalları tərəfindən nümayiş etdiriləcək. Eyni zamanda “Mayak”, “Vesti FM” və “Rusiya radiosu” radiostansiyaları da canlı translyasiya edəcəklər.

“Vladimir Putinlə canlı bağlantı”  Moskva vaxtı ilə saat 12.00-da başlayacaq.

Bu Rusiya prezidentinin 14-cü canlı efiri olacaq. Putin 2001-ci ildən başlayaraq canlı efirdə vətəndaşların suallarını cavablandırmaq ənənəsinin əsasını qoyub. Bu əvvəllər daha çox payızda, yaxud qış  aylarında, ilin sonuna doğru keçirilirdi.

Artıq bir həftədir ki, Prezidentə ünvanlanan sualların toplanmasına başlanılıb.  Rusiyanın “Vkontakte” sosial şəbəkəsində Putinə sual vermək imkanı vermək üçün yaradılan qrupa artıq 100 min istifadəçi qoşulub.

Kreml yaxınlığındakı studiyadan prezidentə siyasətçilər, ictimai xadimlər, məhşur telesüjetlərin qəhrəmanları da sual vermək imkanı əldə edəcəklər.

Kremldən verilən məlumatlara görə, ABŞ və Qərb ölkələri ilə münasibətlər, Avrasiya iqtisadi məkanına inteqrasiya , xarici siyasət məsələləri ilə bağlı suallar daha poulyardır.

Putinlə canlı efirin müddəti əvvəlcədən elan edilmir. Amma 2013-cü ildə Rusiya prezidenti 4 saat 48 dəqiqə canlı efirdə sualları cavablandırmışdı.

Əgər inidəyə qədər bu cür verilişlərin vaxtı cəmləsə onun iki sutka canlı efirdə çıxış etdiyi məlum olur.

Strateq.az