“Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan “Eastring” qaz kəmərinin çəkilişi ilə bağlı razılığa gəliblər”. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Slovakiya mətbuatı yayıb. Mətbuatın yazdığına görə, qaz kəməri Slovakiya-Ukrayna sərhədindən Bolqarıstan-Türkiyə sərhədinə qədər uzanacaq. Qeyd edək ki, “Eastring” qaz kəmərinin gücü 20 milyarddan 40 milyard kub metrə qədər olacaq. Onun tikintisi 2018-ci ildə başa çatacaq.