XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Aprel 2016 - 12:09

Yunan ordusu Türkiyə və Makedoniyaya qarşı hazırlığa başladı –“RİA Novosti”dən sensasion iddia

tank-yunan

Yunanıstan Müdafiə naziri Panos Kamenosun əmri ilə bu gün ölkə ordusu təlimlərə başlayıb.

Bu barədə informasiyanı “RİA Novosti” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.

Mənbə təlimlərin kifayət qədər böyük olduğunu və Türkiyədən qorunmaq üçün keçirildiyini bildirib:

“Bizim təlimlər, həmçinin Yunanıstanın şimalında Kilkis şəhəri yaxınlığında da keçirilir. Bu da Makedoniya hakimiyyətinin sərt bəyanatları ilə bağlıdır. Ordu hər iki istiqamətdə tam hazırlıq vəziyyətinə gətirilib”.

Yunan mətbuatının açıqlamasına görə, son üç gün ərzində türk təyyarələri Yunanıstanın Egey dənizindəki sərhədini pozublar. Afina türklərin bu addımını provokasiya kimi dəyərləndirir(Axar.az).