XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 18:08

İranın müdafiə naziri:“Maraqlarımıza göz dikən ölkəyə cavabımız qəti olacaq”

dehqan

“İranın maraqlarına göz dikən hər bir ölkəyə cavabımız qətiyyətli olacaq”.

Strateq.az bildirir ki, bu sözləri İran İslam Respublikasının müdafiə naziri, general-mayor Hüseyn Dehqan bəyan edib.

Müdafiə naziri terror cərəyanları ilə mübarizənin beynəlxalq iradəyə və əzmkarlığa ehtiyacı olduğunu deyib: “ Təkfirçi cərəyanlar ilə mübarizə aparmaq üçün ciddi beynəlxalq iradə tələb olunur və İran İslam Respublikası bütün digər ölkələrdən daha öncə özünün bütün müdafiə və hərbi bacarığını terrorçu cərəyanlar ilə mübarizəyə səfərbər edib”.

İranın müdafiə naziri Amerika və İsraili tənqid edərək onları gərginlik və böhran yaratmaqda ittiham edib:“Onlar bu gün İsrailin təhlükəsizliyini və öz maraqlarını təmin etmək üçün təkfirçilərdən istifadə edirlər”.