XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

30 May 2015 - 18:21

BMT İŞİD-də döyüşən əcnəbilərin sayını açıqladı: Bu ölkələrin adları məlumdur

ISID.jpg

100 ölkədən olan 25 min şəxs Yaxın Şərqdəki terrorçu dəstələrində döyüşür.

Strateq.az bildirir ki, bu barədə BMT-nin baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

“Yalnız 2014-cü ildən 2015-ci ilin mart ayına qədər terrorçu təşkilatlarında döyüşən əcnəbi döyüşçülərin sayı 70 faiz artıb”-deyə Pan Gi Mun açıqlama verib.

BMT baş katibi bildirib ki, bu təhlükənin qarşısını almaq üçün üzv ölkələr informasiya mübadiləsini yaxşılaşdırmalıdır.

Pan Gi Mun həmçinin vurğulayıb ki, əcnəbi terrorçular arasında yaş həddi 15-35 yaşdır. O həmçinin terrorçu təşkilatlarda qadınların cəlb olunması faktlarını təhlükəli hal olduğunu deyib.

Təhlükəsizlik Şurasının iclasında BMT-nin Antiterror Komitəsinin tövsiyələri təqdim olunub. Bu tövsiyələrdə göstərilib ki, əcnəbi şəxslərin terror təşkilatına qoşulması probleminin 67 üzv ölkəyə aidiyyatı var.