XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

15 Aprel 2016 - 08:55

“Donald Kuk” insidentimüzakirə masasında

gemi

 

ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarı Serqey Lavrovla rus bombardıman təyyarələrinin “Donald Kuk” gəmisi üzərindən uçuşlarını müzakirə etmək niyyətindədir.

Strateq.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.

Kerri də açıqlamasında rus S-24-lərinin bu uçuşlarını “təxribat xarakterli və təhlükəli” adlandırıb, Amerika gəmisinin onları vura biləcəyini deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü İqor Konaşenkov isə Su-24-lərin heç bir təhdid manevri həyata keçirmədiklərinə inanır. Sözçü “Rossiya-24” telekanalına açıqlamasında hadisəyə xeyli fəlsəfi yanaşıb: “Amerika gəmilərinin su gəzintisinə çıxmaq hüququ rus təyyarələrinin havada seyrə çıxmaq hüququnu ortadan qaldırmır”.

Xatırladaq ki, Baltik dənizində Polşa sahillərinə üzən Amerika gəmisi rus S-24-lərin “içəşmələrinə” məruz qalmışdı. Təyyarələr gəminin göyərtəsinin 10 metr yüksəkliyindən dəfələrlə müxtiqəlif istiqamətlərə uçaraq, onu təhdid etmişdilər.