XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Aprel 2016 - 16:47

İslam Konfransında xoşagəlməz hal:Misirli nazir Ərdoğanla görüşmədən tribunanı tərk edib

 

misir iet

 

İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən sammiti zamanı xoşagəlməz məqamları ilə medianın diqqətini çəkib.

Strateq.az bildirir ki, buna qədər İƏT-ə sədrlik etmiş Misir növbəlik əsasında sədrliyini Türkiyəyə təhvil veriməsi zamanı rəsmi Ankaraya saymamazılq nümayiş etdirib.

Misirin “Rəy əl-Yərum” qəzetinin yazdığına görə, sammitdə iştirak edən Misirin xarici işlər naziri Samih Şükri cümə axşamı İstanbulda keçirilən İƏT-in sammitində təşkilata sədrlik kürsüsünü Türkiyə rəsmilərinə təhvil verərkən, onlarla görüşmədən tribunanı tərk edib.

Məlumata görə, S.Şükri İstanbul iclasında sadəcə Misirin İƏT-ə sədrlik etdiyi dövrdə bu ölkə ilə əməkdaşlıq edən ölkələrə təşəkkürünü bildirib və Türkiyə rəsmilərinin adını çəkmədən İƏT-ə sədrliyi onlara təhvil verib.

Digər bir məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan İƏT-ə sədrliyin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna təhvil verilməsi zamanı Samih Şükri ilə görüşməkdən imtina edib.

Ərdoğan həmçinin çıxışı zamanı Misirin adını çəkmədən İƏT-in "keçmiş sədri"nə təşəkkür edib.

Türkiyə Misirin hazırkı prezidenti Əbdülfəttah əl-Sisinin legitimliyini tanımır.