XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Aprel 2016 - 11:46

Obama ailəsi illikgəlirini açıqladı

Obama-kuba-1

ABŞ prezidenti Barak Obama və onun xanımı Mişel 2015-ci il üçün vergi bəyannaməsini açıqlayıb. CNN xəbər verir ki, bəyannaməyə əsasən, ötən il onlar 436 min 65 dollar qazanıb və 81 min dollar məbləğində vergi ödəyiblər.

Məlumata görə, bu onların son dörd il ərzində əldə etdikləri ən az gəlirdir. Bu hal ABŞ prezidentinin yazdığı kitabların satışının azalması ilə bağlıdır.

Barak Obamanın xanımı Mişel il ərzində gəlir əldə etməyib və vergi sənədlərində "birinci xanım" vəzifəsində işlədiyini qeyd edib.

Öz gəlirlərindən 64 min dollar məbləğində vəsaiti Barak və Mişel Obama xeyriyyə məqsədləri üçün xərcləyiblər.

ABŞ qanunlarına görə, prezident öz vergi bəyannəməsini açıqlamağa məcbur deyil, lakin Ağ Evin bütün başçıları, eləcə də prezident postuna namizədlər ənənəvi olaraq bunu edir(virtualaz).