XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 04:19

Türkiyənin gələcəyi kürdlərin səsindən asılıdır

Türkiyədəki 7 iyun parlament seçkiləri ilə bağlı bu ehtimallar olduqca ciddidir.

Strateq.az xəbər verir ki, bu açıqlama ilə politoloq Fərhad Mehdiyev çıxış edib. O, seçkiöncəsi partiyaların səsləri ilə bağlı çox mühüm detalları açıqlayıb:

“1. Kürdlərin səsi olmasa, AKP tək partiya hökuməti qura bilməyəcək. Bu səbəblə də onların səsini almağa məhkumdur.

2. Kürdlər isə siyasi bazarlıq olmadan AKP-yə səs verməyəcəklər. Bu bazarlığın predmeti ən azı cənub-şərqi Anadolunun özərkliyi, ya da federal quruluşdur.

3. AKP bu bazarlığa getməyəcək. Bunun səbəbi ondadır ki, cənub-şərqi Anadoluda iki partiya qazana bilər – ya AKP, ya da HDP. CHP və MHP-nin ordan səs alması mümkün deyildir.

4. Bu vəziyyətdə kürdlər səslərini əsasən HDP-yə verəcəklər. çünki necə olsa, onlara ən yaxın partiya AKP-dir, barajı keçsələr, öz adamlarını çıxaracaqlar, barajı keçə bilməsələr, onların səsi AKP-yə gedəcək”.

Politoloq həmçinin onu da bildirib ki,Türkiyənin gələcəyi kürdlərin seçkilərdə verəcəyi səslərdən çox asılı olacaq:

“Kürdlərin səsi bu seçkilərdə Türkiyənin gələcəyini həll edəcək. HDP seçilərsə, Türkiyədə koalisiya hökuməti qurulacaq və Ərdoğanın planları gecikəcək. HDP seçilməsə, Türkiyədə hakimiyyətə bir başqanlıq sistemi və tək adam sistemi gələcək”.