XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2016 - 17:59

Tehranda yüksək səviyyəli AB-İrandanışıqları keçirilir

mogerni

Tehranda son 10 il ərzində ən yüksək səviyyəli İran-Avropa Birliyi (AB) danışıqları keçirilir.

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi, Federica Moqerininin başçılıq etdiyi nümayəndə heyətində ittifaqın 7 komissarı təmsil olunub.

Danışıqlarda ötən il imzalanan nüvə razılaşmasından sonra həllini gözləyən məsələlər müzakirə olunmalıdır. Onlar ticarət, enerji və ekologiya məsələlərini əhatə edir.

Federica Moqerini və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İrana qarşı qüvvədə qalan AB sanksiyalarını da müzakirə edirlər.


Xanım Moqerini Tehranda keçirilən mətbuat konfransında deyib ki, insan hüquqlarına dair AB siyasəti İranı dialoqa və əməkdaşlıqa cəlb etmək prinsiplərinə əsaslanıb.

Məqsəd nüvə sövdələşməsi müqabilində qlobal maliyyə bazarlarına çıxış idi, İranın xarici işlər naziri mətbuat nümayəndələrinə bildirib.

Məhəmməd Cavad Zərif deyib ki, ABŞ sövdələşmə ilə bağlı öhdəliklərinə əməl edərək, maliyyə sahəsində Tehranın üzləşdiyi maneələri aradan qaldırmalıdır(azadlıq.info).