Ekvador sahillərində 7,8 bal gücündə zəlzələ baş verib.
Azərtac xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzinin məlumatında bildirilir.
Zəlzələnin episentri Muisne yaşayış məntəqəsindən 27 kilometr cənub-şərqdə yerləşib. Təkanlar 19,2 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə zamanı dağıntılar baş verib, paytaxt Kitonun elektrik enerjisi ilə təchizatı qismən dayandırılıb. Güclü zəlzələ nəticəsində ölənləri sayı müəyyənləşdirilir.