XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2016 - 13:13

Saakaşvili təəccübləndi:“Bəyəm mən bu qədər ucuzam?”

saakashvili-yeni1

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin qara piarının aparılması üçün 20 min dollar ayrılıb.

Bu haqda Saakaşvili öz “Feysbuk” şəbəkəsində yayıb.

Saakaşvili elektron ünvanına göndərilən məktubun surətini paylaşıb. Sözügedən məktubda PR şirkətində çalışan bir xanım qubernatorun qara piarının aparılması üçün 20 min dollarlıq təklif aldıqlarını, ancaq şirkətin bununla razılaşmadığını yazaraq o pulu götürən və qara piarı aparanların mövcudluğu xəbərdarlığını edib. “Bəyəm məni bu qədər ucuz qiymətləndirirlər?” – deyə Saakaşvili təəccüblə bildirib və bu sifarişin haradan gəldiyini dəqiq bildiyini vurğulayıb.

Qubernator sonda qeyd edib: “Hər dəfə sosial şəbəkələrdə qara piarımın aparıldığını görəndə sevinirəm ki, kimsə çörək pulu qazanır”.

mektub

 

virtualaz.org