XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2015 - 07:06

İŞİD-in edam roliklərini çəkən iki “rejissoru” öldürüldü

isid qetl.jpg

İraqın qərbində yerləşən Anbar əyalətinin bombalanması nəticəsində İŞİD silahlı qruplaşmasının iki “rejissoru” ölüb.

“Report” newsru.com-a istinadən xəbər verir ki, bu haqda İraqın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, “Əbu Məhəmməd əs-Suri” (o ” Abu Samra” adı ilə tanınır) və “Abu üsama əl-Amriki” kimi tanınan “rejissorlar” İŞİD-in təşkil etdiyi terror aksiyaları və edamların təbliğat video-çarxlarının hazırlanmasında iştirak edirmişlər.

İraq DİN-dən bildirilib ki, hava hücumu nəticəsində 28 terrorçu ölüb, onlarla silahlı yaralanıb.