XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2016 - 00:40

NATO baş katibinin müavini:"Rusiya ilə iki gizli görüşümüz keçirilib"

verşbou-1

NATO və Rusiya arasında son iki il ərzində iki nəticəsiz gizli görüş keçirilib.


APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO baş katibinin müavini Aleksandr Verşbou bəyan edib.


“İki il əvvəl Rusiya ilə əməkdaşlığı donduranda biz açıq şəkildə bildirdik ki, diplomatik kanallar açıq qalacaq. Praktiki əməkdaşlıq olmasa belə, biz Rusiya ilə danışıqlar aparmağa hazırıq. Krımdakı hadisələrdən sonra iki gizli şəkildə keçirilən və uğursuzluqla nəticələnən görüşümüz olub. Hər halda ünsiyyətdə olmağın tərəfdarıyıq, rəsmi Moskvanın hərəkətlərinin yolverilməz olduğunu başa salmağa çalışırıq ”, – deyə A.Verşbou bildirib.


Qeyd edək ki, aprelin 20-də səfirlər səviyyəsində NATO-Rusiya görüşünün keçirilməsi planlaşdırılır.