XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

18 Aprel 2016 - 12:44

İranla Avropa İttifaqı arasında neft müqaviləsiimzalandı

 

iran avropa

İran ilə Avropa İttifaqı arasında neft müqaviləsi imzalanıb.

Bu barədə İranın neft naziri Bijən Namdar Zəncənə Avropa İttifaqının Tehranda səfərdə olan enerji komissarı Migel Arias Konte ilə görüşündən sonra jurnalistlərə məlumat verib.

Nazir İranın Avropa İttifaqı ölkələrinə hər gün 700 min barel neft satmaq iqtidarında olduğunu deyib. O qeyd edib ki, Avropa İttifaqı İran ilə uzunmüddətli əməkdaşlıq etmək marağındadır və İranı etibarlı tərəfdaş hesab edir. İran Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayacaq.

M.A.Konte isə bildirib ki, İranın neft sənayesinə investisiya qoyuluşu ilə bağlı yaxın günlərdə danışıqlar başlanacaq.