XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 09:08

BBC: Amerika polisi hər gün iki nəfəri qətlə yetirir

Amerika polisi zənci genosidi ilə məşğul olur?

ABŞ-da minlərlə hüquq-mühafizə qurumu ölkədə baş vermiş qətllərlə bağlı faktları toplayır.

“Washington Post” qəzetinin məlumatına görə, ABŞ-da polislərin əlində həlak olan adamların sayı rəsmi hesabatdakından iki dəfə çoxdur. Qəzetin yazdığı kimi, ölkədə bu ilin beş ayı ərzində 385 nəfər, yəni gündə iki nəfər həlak olub. Polisin bu qurbanları içində zəncilər birinci yerdə durur.

Rəsmi statistika hüquq-mühafizə orqanlarının verdiyi məlumatlara əsaslanır. Məlumat ondan xəbər verir ki, 2008-ci ildən bəri ABŞ-da hər il polisin əlindən 400-ə yaxın adam həlak olub.

Son zamanlar ölkədə ağdərili polislərin silahsız zənci vətəndaşları qətlə yetirməsindən törəyən səsli-küylü qalmaqallar baş verib. Bu qətllər bir sıra hallarda ABŞ-da kütləvi etirazlar doğurub.

Qüvvədə olan federal qanunlara görə, polisin və ya vətəndaşların həyatı üçün təhlükə yaranarkən polisə odlu silah tətbiq etməyə icazə verilir. Lakin bu günə qədər belə hadisələrin qeydiyyatının etibarlı üsulu mövcud deyil. Federal hökumət bunun əvəzində hüquq-mühafizə qurumlarının təqdim etdiyi məlumatlara əsaslanır. Bu məlumatlar isə sübutsuz qətl hallarını istisna edir.

Washington Post qəzeti xəbər verir ki, telefon zəngləri, polis məlumatları, yerli informasiya vasitələri və digər qaynaqlardan istifadə etməklə polisin 2015-ci ildə vəzifə borcunu yerinə yetirərkən törətdiyi hər bir qətl hadisəsini araşdırıb.

Qəzet bu qənaətə gəlir ki, bu il belə qətllərin gündəlik tezliyi ötən illin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb. Federal Təhqiqat Bürosu (FTB) isə bu rəqəmi iki dəfə az (1,1) göstərir.

Keçmiş polis şefi Cim Buermann qəzetə bildirib ki, “çox vaxt bu cür qətllər naməlum qalır. Mötəbər məlumat toplamağı qaydaya salmasaq, polislərin törətdiyi qətllərin sayını azaltmağa heç vaxt nail ola bilməyəcəyik”.

Qəzetin başqa bir qənaəti: ağdərili və yaxud digər azlıqlarla müqayisədə polisin əlində qaradərili vətəndaşlar daha tez-tez həlak olur. öldürülənlərin əksəriyyətinin yanında silahı olub, lakin həlak olan altı nəfərdən biri silahsız olub və yaxud onda oyuncaq tapança olub.

Polislər 2015-ci ilin ilk beş ayında 365 kişi və 20 qadını güllələyiblər. Onların 118-i 25-34, 95-i 33-44 yaş qrupuna aidir. Həlak olanların səkkizi 18 yaşa çatmamış yeniyetmələr olub.

Videomateriallar sübut edir ki, bu il polislərə ittiham elan edildiyi bütün bu üç halda polislər şübhəliyə təqib vaxtı, ya da ondan sonra atəş açıblar.

BBC, Rus xidməti, 31.05.2015