XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 09:47

Con Kerri:“İran sanksiyaların götürülməsindən sonra 3 milyard dollar ədə edib”

 

524839952 

Dünya gücləri ilə nüvə sazişi imzalanandan bəri İran dondurulmuş hesablarından 3 milyard dollara yaxın vəsait əldə edib.

Bunu ABŞ-ın Dövlət katibi Con Kerri  aprelin 18-də deyib. ABŞ-da respublikaçılar, eləcə də, sazişin digər opponentləri xəbərdarlıq edirdilər ki, Tehran sanksiyalar qaldırılandan sonra nəhəng gəlir əldə edəcək.

Kerri deyib ki, prezidentliyə bəzi namizədlər səhvən 155 milyard dollar rəqəmini səsləndirirdilər. “Heç vaxt məbləğin bu qədər olacağını düşünmürdüm. Digərləri deyirdi ki, 100 milyard dollar olacaq”.

Kerrinin sözlərinə görə, Dövlət Departamenti 55 milyard dollarlıq bir qazanc olacağını hesablayıb.

Aprelin 19-da Kerri Nyu Yorkda iranlı həmkarı Javad Zəriflə görüşəcək.