Ermənistanda əhalinin 76 faizi bir gündə 5 dollardan az pul xərcləyir.
Strateq.az bildirir ki, bu barədə Dünya Bankının aprelin 8-də açıqladığı hesabatda deyilir. Dünya Bankının kriteriyalarına görə, gündə 5 dollardan az pul xərcələyən şəxslər yoxsul hesab olunur. Bu isə erməni əhalisinin 76 faizi deməkdir.
Ermənistan Statistika Komitəsinin 2014-cü ildə açıqladığı rəsmi məlumata görə, ölkədə yoxsulluğun həddi 30 faiz olub.