XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 12:38

ABŞ səfirliyinin yerləşdiyiməhəllədə partlayış

talib

Əfqanıstanın paytaxtı Kabildə – ABŞ səfirliyinin də yerləşdiyi məhəllədə güclü partlayış olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

Şahidlərin dediyinə görə, səfirliyin ərazisini qatı duman bürüyüb. Ölən və yaralananlar barədə dəqiq məlumat verilmir.

ABŞ tərəfi insident zamanı ölənlərin olmadığını bəyan edib. Əfqanıstan prezidenti Əşrəf Qəni isə Kabilin mərkəzi hissəsində ölən və yaralananların olduğunu bildirib.

Ehtimal olunur ki, hücumu taliblər təşkil edib və hədəf Əfqanıstan Təhlükəsizlik Agentliyi olub.