Rusiyada işsizlərin sayı artmaqda davam edir.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Statistika Komitəsinin məlumatına görə, mart ayında işsizlərin sayı 4,6 milyon nəfərə çatıb. Bu, ölkənin əmək qabiliyyətli hissəsinin 6 faizi deməkdir.
O da bildirilir ki, hazırda Rusiyada işsizlərin sayı 2013-cü ildəki səviyyəyə yüksəlib.