XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Aprel 2016 - 08:57

Kerri və Zərif ABŞ-da görüşdü:İranın pullarının taleyi necə olcacaq?

 

kerri zerif

ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Cavad Zərif, ötən il Tehran və dünya gücləri arasında əldə olunmuş tarixi nüvə sazişinin “razılaşdırıldığı şəkildə icra olunması məsələlərini” müzakirə ediblər.

Kerri BMT-nin iqamətgahında jurnalistlərə deyib ki, o və həmkarı sözü gedən sazişin, imzalanmış sənəddəkinə tam dəqiq uyğun şəkildə icra edilməsi istiqamətində birgə işləmək barədə razılığa gəliblər. Dövlət katibi deyib ki, bu, sazişin verməli olduğu mənfəətlərin reallaşması üçün lazımdır.

Təcili məsələ

Bu görüşdə müzakirə edilmiş məsələnin təcililiyi həm də Kerrinin bu bəyanatından bəlli olur: “Biz bir daha görüşəcəyik ki, bir növ bu gün haqqında danışdıqlarımızı qətiləşdirək”. Dövlət katibi deyib ki, cənab Zəriflə növbəti görüşü elə bu cümə gününə nəzərdə tutulub. Onlar BMT-də Paris iqlim sazişinin imzalanması mərasıminın kuluarlarında görüşəcəklər.

Cənab Zərif deyib ki, görüşdən məqsəd İranın nüvə sazişindən əldə etməli olduğu faydaların gerçəkləşdirilməsi yollarının müzakirəsi olub. Lakin nə Kerri, nə də Zərif dediklərinin mahiyyətini xırdalamayıblar.

ABŞ rəsmiləri bazar ertəsi bildirmişdilər ki, Kerri Zəriflə, üzərindəki sanksiyaların qaldırılmasına baxmayaraq, Tehranın hələ də dünya maliyyə sisteminə tam nüfuz edə bilməməsi məsələsini müzakirə etməliydilər.

2015-ci ilin iyul ayında imzalanmış nüvə sazişində Tehranın öz nüvə proqramını əhəmiyyətli dərəcədə məhdudlaşdırması müqabilində, İran üzərindəki ABŞ, Avropa İttifaqı və BMT sanksiyalarının yüngülləşdirilməsi və qaldırılması nəzərdə tutulur.

Obama İran üçün yol axtarır

Tehran Birləşmiş Ştatlara müraciət edərək onu öz bank sistemində İrana qarşı məhdudiyyətlərin ləğvi üçün daha çox iş görməyə çağırıb. İran tərəfi bildirib ki, hazırkı vəziyyətdə xarici investorlar cərimələrdən qorxaraq Tehranla iş birliyində ehtiyatlılıq nümayiş etdirirlər. ABŞ-ın mövcud xarici siyasəti ABŞ banklarına İranın dollar əsaslı maliyyə əməliyyatlarını həyata keçirməyi qadağan edir.

Lakin Ağ Ev rəsmiləri deyirlər ki, Obama administrasiyası qeyri-ABŞ banklarının İranla əlaqələrdə dollardan istifadəsinə şərait yaratmağa çalışır.

Dövlət Departamentinin sözçüsü Jon Kirbi bundan əvvəl bəyan etmişdi ki, Kerri, həmçinin Suriya hökumətinin vətəndaş münaqişəsini dayandırması üçün İranın ona təsir etməsi məqsədilə Zərifə təzyiq göstərəcək.

Lakin Reuters agentlyi xəbər verir ki, görüşdən sonra nə Kerry, nə də Zarid Suriya məsələsindən danışmayıblar.