XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Aprel 2016 - 09:12

ABŞ prezidenti:"İraqa əlavə hərbi qüvvə göndərəcəyik”

obama-44

 

ABŞ prezidenti ilin sonunadək İraqa əlavə qüvvə yerləşdiriləcəyini bəyan edib.

Barak Obama bildirib ki, qüvvələr şimal Mosul şəhərini İŞİD-in əlindən geri almağa yardım edəcək. ABŞ dövlət başçısı CBS telekanalına müsahibəsi zamanı İraqın quru qüvvələrinin yardıma ehtiyacı olduğunu deyib.

"Biz özümüz döyüşməyəcəyik. İraq qüvvələrinə təlimlər verməklə, kəşfiyyat məlumatları toplamaqla, onları dəstəkləməklə kəməndi bərkitmiş olacağıq"- deyə Obama bildirib.

Dünən ABŞ-ın müdafiə naziri Eş Karter də Amerikanın 200 əsgərdən ibarət qüvvənin və bir neçə Apace vertolyotunun İraqa göndəriləcəyini bildirib. Nazir kürdlərin Peşmərqə qüvvələrinə 400 milyon dollarlıq yardım vəsaiti ayrıldığını deyib. İraq ordusu Mosulun İslam Dövlətinin nəzarətindən geri alınması əməliyyatlarına mart ayının 24-də start verib.