XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 April 2016 - 12:29

Baş nazir parlamenti tam tərkibdə buraxır- Yeni seçki keçiriləcək

14611327373187649856_1000x669

Avstraliyanın Baş naziri Malkolm Ternbull federal parlamentin tam tərkibdə buraxılacağı və iyulun 2-nə seçkilər təyin ediləcəyi barədə planını təsdiq edib.

Aprelin 20-də Baş nazir jurnalistlərə deyib: “Mayın əvvəllərində büdcə layihəsini təqdim etdikdən sonra mən Avstraliyanın general-qubernatorundan parlamentin hər iki palatasının buraxılması və seçkilər təyin edilməsi barədə xahiş etmək niyyətindəyəm. Seçkilər iyulun 2-nə təyin olunacaq”.

Xəbər verdiyimiz kimi, Avstraliya parlamenti siyasi ənənəni pozaraq aprelin 18-də fəaliyyətini bərpa edib. Məqsəd hökumətin təqdim etdiyi müqayisəli tikinti sənayesinə nəzarət üzrə komissiya barədə qanun layihəsinin qəbulu idi. Lakin həmin gün Senat ikinci dəfə bu qanun layihəsini qəbul etməkdən imtina edib. M.Ternbulla parlamenti tam tərkibdə buraxaraq yeni seçkilər təyin etmək imkanı qazandırıb(azərtac).