XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 07:24

İŞDİ-ə qarşı mübarizə strategiyası müzakirə olunur- 20 ölkə diplomatları bir araya gəlib

ISHID_23.jpg

Bu gün 20 ölkənin nazirləri Parisdə bir araya gələrək İŞİD-ə qarşı mübarizə strategiyasını müzakirə edəcəklər.

İraqın baş naziri Haider al-Abadi görüşdə iştirak edəcək. ABŞ Dövlət Katibi John Kerry isə keçirdiyi velosiped qəzasına görə görüşə gələ bilməyəcək.

Görüşün keçirilməsinə İŞİD-in İraqın Ramadi şəhərini tutduqdan sonra qərar verilib. Şiə könüllülərin artması ilə İraqda məzhəblərarası gərginliyin kəskinləşməsi təhlükəsi artıb.

Koalisiya qüvvələrinin İŞİD-ə qarşı hava hücumları gözlənilən nəticəni vermir.

Fransa Xarici İşlər Naziri deyib ki, nazirlər “İraq böhranı həll etmək üçün uzunmüddətli siyasi qərarları” müzakirə edəcəklər.

Görüş 45 polis zabitinin öldürüldüyü İŞİD-in İraqın Anbar əyalətinə hücumundan bir gün sonra baş tutur. Hərbi vəziyyətdən başqa görüşdə mədəni irsin qorunması, təqib olunan azlıqların müdafiəsi və qaçqınlar problemləri də müzakirə olunacaq.

Suriyadan gələn müxtəlif xəbərlərə görə, İŞİD artıq Suriya ərazisinin yarısına nəzarət edir.

Strateq.az