XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

21 Aprel 2016 - 09:41

Rusiya MSK-sı bir kənddə seçkini ləğv edib

pamfilova

 

Rusiya Seçki Komissiyasının rəhbəri Moskva yaxınlığında bir kənddə seçkini ləğv edib.

MSK sədri  Ella Pamfilova aprelin 20-də çıxardığı qərarla əslində seçkidə saxtakarlıq iddialarına reaksiya verib, ancaq özü buna birbaşa “saxtakarlıq” deməyib. O, Barvixa kəndində erkən səsverməylə bağlı narazılıqların olduğunu baş verdiyini söyləyib.

Seçki aprelin 24-nə planlaşdırılırdı.

Bir gün öncə korrupsiyaya qarşı çıxan fəal Aleksei Navalnınin dörd müttəfiqi namizədliklərini geri götürüblər, erkən səsvermədə saxtakarlıqların olduğunu deyiblər. Namizədlər yüzlərlə insanın avtobuslara doldurulub kəndə səsverməyə aparıldığını söyləyiblər, bütün bunları sənədləşdiriblər. Dediklərinə görə, bu səs verənlər seçkiyə gələcək seçici sayının 30 faizinə bərabər ola bilər.

Navalnı seçki komissiyasının qərarını alqışlayıb.