Rusiyanın keçmiş maliyyə naziri Aleksei Kudrin hökumətin yanındakı strateji inkişaf mərkəzinin sədri təyin edilib.
O bunu ali iqtisadiyyat məktəbinin təşkil etdiyi beynəlxalq elmi konfransında bəyan edib. O yaxın zamanlarda bu barədə rəsmi açıqlama veriləcəyini bildirib.
Kudrin 2000-2011-ci illərdə Rusiyanın maliyyə naziri olub. O həmin vaxt prezident olan Dimitry Medvedevlə fikir ayrılıqlarına görə nazirlər kabinetindən getmişdi.
Kudrin hazırda həm də prezidentin yanındakı iqtisadi şuranın üzvüdür.