XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

21 Aprel 2016 - 14:11

“Türkiyə Şimali Afrika, Yaxın Şərq və Rusiyadan qaynaqlanan təhdidlərin qarşısındadır” –NATO-nun baş katibi

nato qarab.jpg

"Türkiyə Monteneqronun NATO üzvlüyünə qəbul edilməsini dəstəkləyir".

Bu barədə Türkiyədə rəsmi səfərdə olan NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, NATO üzvlüyünə digər namizəd ölkələrin – Bosniya və Herseqovina, Makedoniya və Gürcüstanın tələblərə cavab vermək üçün daha çox səy göstərməli olduğunu qeyd edib.

M.Çavuşoğlu, həmçinin Əfqanıstanda sülhü təmin etmək üçün Türkiyənin səylərini önə çəkib. O əlavə edib ki, Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək.

Öz növbəsində, NATO baş katibi Yens Stoltenberq Türkiyənin Şimali Afrika, Yaxın Şərq və Rusiyadan qaynaqlanan təhdidlərin qarşısında olduğunu bildirib. O, Türkiyənin NATO təşəbbüslərinə dəstəklə bağlı səylərini alqışlayıb.

Miqrasiya böhranı barədə danışan baş katib Türkiyənin miqrantlar məsələylə bağlı Aİ ilə sazişin şərtlərini həyata keçirilməsini müsbət qarşıladığını vurğulayıb.