Rusiya İqtisadiyyat Nazirliyi Qazaxıstana nota göndərib.
Notada Moskva aprelin ikinci yarısından gec olmayaraq, Qazaxıstanın Rusiya ilə dövlət sifarişləri haqqında qanunla bağlı konsultasiyalar keçirməsi istənilib.
Nazirlik bu qanunun Avrasiya İttifaqının tələbləri ilə üst-üstə düşmədiyini və Rusiyaya bununla bağlı xəbərdarlıq edilmədiyini bildirib(Axar.az).
Qeyd edək ki, 2015-ci ildə Avrasiya İttifaqında dövlət sifarişlərinin həcmi 125,5 milyard dollar olub. Bunun 114 milyardı Rusiyanın, 9,2 milyardı isə Qazaxıstanın payına düşüb.
Qazaxıstanın 2015-ci ilin dekabrında qəbul etdiyi dövlət sifarişləri qanununa əsasən, Astana müdafiə və hərbi xarakterli sifarişlərin Qazaxıstandan olmayan təchizatçılardan alınmasını qadağan edib.