XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Aprel 2016 - 18:29

Obamadan açıqlama –ABŞ neft qiymətləriylə bağlı dialoqa başlayacaq

obama-222

 

ABŞ və bu ölkənin Fars körfəzi hövzəsində yerləşən tərəfdaş ərəb ölkələri neftin qiymətləri ilə bağlı dialoq aparacaq.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə Ər-Riyadda səfərdə olan ABŞ prezidenti Barak Obama bildirib.

"ABŞ Fars körfəzi hövzəsində yerləşən ərəb ölkələri ilə ən yüksək səviyyədə dialoqa başlayacaq. Dialoqun əsas mövzusu aşağı neft qiymətlərinə adaptasiya olacaq", – deyə prezident qeyd edib.

ABŞ lideri əlavə edib ki, dialoq çərçivəsində həmçinin islahatların dəstəklənməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək.

Onun sözlərinə görə, ABŞ bundan sonra da Fars körfəzi hövzəsində yerləşən ölkələrə zəruri dəstəyi verəcək.