XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Aprel 2016 - 19:55

Bu ölkədə səsvermədə iştirakməcburi olacaq

14612504513379431660_1000x669

Aprelin 21-də Bolqarıstan parlamenti ölkədə seçkilərdə iştirakın səviyyəsini artırmaq məqsədilə məcburi səsvermə barədə qanun qəbul edib.

Oktyabrda bu ölkədə prezident seçkiləri də həmin qanuna əsasən keçiriləcək. Qanuna görə səsvermədə iştirak etməyən vətəndaşın adı seçicilər siyahısından silinəcək. Amma həmin vətəndaş yenidən seçkidə iştirak etmək istəsə, onun adı siyahıya salınacaq.

Ekspertlərin fikrincə, maliyyə cəzası olmadığı halda bu qanunun icra edilməsi sual altında olacaq. Yalnız bəzi Avropa ölkələri məcburi səsvermə qanununu qəbul ediblər. Bunlardan Belçika və Yunanıstanda demək olar ki, səsvermədə iştirak etməyənlərə heç bir sanksiya tətbiq olunmur(azərtac).