XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 11:10

Tehran: “Qonşularımza təhdidi İrana qarşı təhdid sayırıq”

zerif.jpg

“Qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək İranın xarici siyasətinin prioritetidir.

Strateq.az Səhər Beynəlxalq Televiziyasına istinadən bildirir ki, bu sözləri İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif Livanın “əl-Məyadin” televiziyasına verdiyi müsahibədə bildirib.

“Qonşu ölkələrlə münasibətlərin genişləndirilməsi İranın xarici prioritetidir və bu ölkələrə qarşı istənilən təhdid İran İslam Respublikasına qarşı da təhdid hesab olunur”, – deyə Zərif bildirib.

İranın xarici işlər nazirinin sözlərinə görə, İranın Fars körfəzinin ətrafında yerləşən ərəb ölkələrinə, başqa sözlə, Fars Körfəzi Əməkdaşlıq Şurasına əsaslı diqqəti var. “çünki onlar bir strateji bölgədə yaşayırlar və bütün region ölkələri müştərək problemlərin həlli üçün bir-birləri ilə əməkdaşlıq etməlidirlər”.

İran İslam Respublikası xarici işlər naziri həmçinin region ölkələrini təhlükəsizliyin bərqərar olunması və terrorizmlə mübarizə üçün əməkdaşlıq etməyə çağırıb.

İranın regionda təhlükəsizliyin bərqərar olunması üçün əməkdaşlığa hazır olduğunu bildirən Zərifin sözlərinə görə, İran İslam Respublikası heç bir qonşu ölkəyə hücum etməyib.