XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 11:32

Çin məmuru: “Mən xalqı təmsil edən yarımallaham…”

çin kommunistlərinin 7 sərsəm “aforizmi”

çindəki qüdrətli birpartiyalı sistem hər cür vicdanını itirmiş partiya məmurları törədir. çin Kommunist Partiyası (çKP) üzvlərinin hakimiyyətdən sui-istifadə halları saysız-hesabsızdır. Aşağıda çin istifadəçilərnin İnternetdən topladığı çinli kommunistlərə məxsus sitatlar təqdim edilib.

Burada çKP üzvlərinin, guya, xidmətində durduqları insanlara münasibəti əks olunub.

№ 7 “Siz məni hədələyirsinizsə, onda bütün partiyanı hədələyirsiniz”

çinli cütlük Sıçuan əyalətinin güney-qərbində tullantların təkrar emalı üzrə zavodun inşasına 700 min yuan yatırdır. Onlar məmurlar tərəfindən yaradılan əngəlləri müzakirə emək üçün keçən il rayon məmuru Lo Sunla görüşürlər. Lo görüşdə bildirir: “Siz məni hədələyirsinizsə, onda bütün partiyanı hədələyirsiniz”.

Onun sözləri videoya yazılıb və dövlət KİV-nin yazdığı kimi, vəzifəsindən azad edilib.

№ 6 “Bilirsən, bu necə cinayətdir? Bu, hökumətə qarşı cinayətdir”

çuntsin rayon partiya komitəsinin katibi Van İnfen 2010-cu ildə hökumət ofisinin yanında bina tikintisinin gedişatından narazılığını bldirir. Bütün icazələrin alınmasına baxmayaraq, o, işin dayandırılmasını tələb edir. Van binanı tikənə bildirir ki, inşa olunan bina fen-şuyun tələblərinə uyğun deyil (fen-şuy- bitkilər, bina və digər obyektlərin səmərəli və harmonik şəkildə yerləşdirilməsi haqda qədim çin elmi-red.).

Lakin çin Kommunist Partiyası öz üzvlərinə fen-şuya və digər mistik şeylərə inanmağı qadağan edib. Rəsmi KİV-ə görə, Van inşaat şirkətinin təmsilçisinə deyib: “Sən bilirsən ki, bu necə cinayətdir? Bu, hökumətə qarşı cinayətdir”.

№ 5 “Əgər polis adamları döyməyəcəksə, onda kimin nəyinə lazımdır?”

çində yerli məmurlar bina tikənlərlə tez-tez dilbir olurlar ki, inşaat layihələrinin gerçkləşməsindən ziyan çəkənlərin üstünə düşsünlər.

Suçjou şəhərindən kiçik biznes sahibi iki il əvvəl vətəndaşların müraciəti şöbəsinə yollanır ki, vicdansız bina tikəndən şikayət etsin. Şöbədə ona deyirlər: “Əgər polis adamları döyməyəcəksə, onda kimin nəyinə lazımdır?”

№ 4 “Mən məhkəmənin təmsilçisiyəm… Səni öldürtməkdən ötrü bir milyon yuana heyfim gəlməz”

2008-ci ildə çində Fuçjou şəhər məhkəməsinin məmuru ilə bir layihənin baş podratçısı arasında böyük bir qalmaqal baş verir. Məmur Lu Tao tikintiyə gedib podratçı çjan Szyanveni döyür. Podratçı döyüldükdən sonra xəstəxanaya yerləşdirilir. çjan xatırlayır ki, həmlə vaxtı Lu qışqırırmış: “Mən məhkəmənin təmsilçisiyən… Mən xalqı təmsil edən yarımallaham. Səni öldürtməkdən ötrü bir milyon yuana heyfim gəlməz”.

№ 3 “Əgər “Sinxua”da məndən yazsan, “Sinxua”nı bağlayaram”

2009-cu ilin iyununda “Sinxua” dövlət informasiya agentliyinin reportyoru Szinan şəhərində vəzifəsindən sui-istifadə edən və qadın əməkdaşı vəzifəyə keçirdən mədəniyyət şöbəsinin müdirindən müsahibə alır. Müdir reportyora bildirir: “”Sinxua” – mədəniyyətin tərkib hissəsidir, mən isə mədəniyyətə nəzarət edirəm. Əgər “Sinxua”da məndən yazmağa cürət etsən, “Sinxua”nı bağlayaram!”

№ 2 “Məgər səni zorlayanda ancaq körpəni doğandan sonra zorbazorluq edəni məhkəməyə verirsən?”

“Sina” yeniliklər portalının yazdığı kimi, zəngin kömür şaxtasının sahibi Vey Binke 2014-cü ildə Quansi əyalətində kəndarası yolu və bir neçə evin küçə qapısını bağlayan malikanə tikdirir. Ərazinin torpaqdan istifadə şöbəsi bildirir ki, Veyin tikintiyə icazəsi olmayıb və buna görə də yolu bərpa etməlidir.

Xua soyadlı yerli qadın şöbə müdiri Vey Szyunçanla görüşərkən müdir qadını ittiham etməyə başlayıb ki, niyə əvvəldən xəbər verməyib: “Məgər səni zorlayanda ancaq körpəni doğandan sonra zorbazorluq edəni məhkəməyə verirsən?”

№ 1 “Bərabərlik tələbi göstərir ki, insanların, sadəcə, abır-həyası yoxdur”

Qo Dunpo Szilin əyalətində ekologiya idarəsinin müdiri idi. O tabeliyindəkilərdən bəzilərinin maaşların qeyri-bərabərliyi haqda intizam komissiyasına ondan şikayət etdiyini biləndə özündən çıxır: “Partiya işçiləri imtiyaza malik olmalıdır – Qo Yeni İllə bağlı özünə yazdığı böyük mükafatı nəzərdə tuturdu. – Bərabərlik tələbi göstərir ki, insanların, sadəcə, abır-həyası yoxdur”.

Leo Timm

(“The Epoch Times” (ABŞ), 02.06.2015