XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 17:13

Putin Savçenkonu azad etməyə razılaşdı

Савченко

Rusiya ilə Ukrayna rəhbərliyi təyyarəçi Nadejda Savçenkonun taleyi ilə bağlı razılıq əldə edib.

Rusiyanın “RBK” telekanalının əldə etdiyi məlumata görə, Savçenko may ayının sonlarında cəzasını çəkmək üçün Ukraynaya qaytarılacaq, əvəzində Kiyevdə mühakimə olunmuş 2 rus hərbçisi – Aleksandr Aleksandrov və Yevgeni Yerofeyev ölkələrinə geri veriləcək.

Ukraynalı təyyarəçi Nadejda Savçenko 2014-cü ilin yayında 2 rusiyalı jurnalistin həlak olduğu insidentdə təqsirli bilinərək 22 il həbs cəzası almışdı.

Rusiya Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov isə Donbasda döyüşdükləri üçün Kiyev məhkəməsi tərəfindən 14 il həbs cəzası almışdılar.

Nadejda Savçenko Ukraynanın Milli Qəhrəmanı və Ali Radanın deputatıdır.

Modern.az