XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 21:42

Gürcüstan və Ukrayna NATO-yaüzvlük üçün gözləməli olacaqlar

 

nato

“NATO  qarşıdakı yaxın illərdə Şərq istiqamətində genişlənməni planlaşdırmır”.

Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Duqlas Lyut Londonda keçirilən “Aspen”  qlobal təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.

D.Lyut bu qərarın əsas səbəblərindən biri kimi Rusiyada daxili siyasi vəziyyətlə bağlı stabilliyin pozulması risklərinin yüksək olmasını qeyd edib: “Praktik nöqteyi nəzərdən mən NATO-nun yaxın illərdə, bəlkə də  daha uzun müddətə genişlənməsi üçün  çox böyük imkanlar görmürəm”.

Onun sözlərinə görə Rusiya hazırda dünya arenasında  vacib rol oynayır və bu rol isə NATO-nun genişlənməsi üçün imkanlar yaratmır: “Hətta Rusiyanın siyasi zəifliyi və davam edən iqtisadi tənəzzülü nəzərə alsaq belə, bu demək deyil, sabitliyin pozulmasına və tənəzüllə yol açmaq lazımdır”.

D.Lyut  qeyd edib ki, Gürcüstan və Ukraynanın NATO üzvlüyünə qəbul olunması ilə bağlı yaxın vaxtlarda razılıq əldə etmək mümkün olmayacaq.

ABŞ rəsmisi bu açıqlamaları NATO-nun Alyansa üzv olmayan Şərqi Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi səyləri fonunda verib. Ötən il dekabr ayında Montenqro NATO-ya üzv olmaq dəvəti almışdı. Bu isə Rusiyanın kəskin etirazına səbəb olmuşdu.

Rusiyanın “Kommersant” qəzeti isə Gürcüstan XİN-ə istinadla bu il yayda Varşavada keçiriləcək NATO sammitində Kiyev də Tibilisiyə “Assosiativ tərəfdaşlıq” təklif ediləcəyi ilə bağlı məlumat yayıb.  Bu status Alyansla üzvlüyə namizəd ölkələr kimi əlaqələr qurmağa imkan verir.

Strateq.az