XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2016 - 22:39

Tramp və keçilər…

trampp5

"The Wall Street Journal" yazır ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Nyu Cersi ştatında ona məxsus iki qolf klubunda vergi məsrəflərini azalda bilmək üçün həm keçi saxlayırmış, həm də ot tədarükü görürmüş.

Qolf klublarından birində 0,5 kvadrat kilometrlik ot tədarükü sahəsi və səkkiz keçi, digərində isə 0,16 kvadrat kilometrlik ot tədarükü sahəsi və bir neçə kənd təsərrüfat əhəmiyyətli ağac var.

Biznesmen elə təkcə buna görə həmin torpaqları kənd təsərrüfatı torpaqları kimi bəyan edir və beləliklə də ildə on min dollardan az torpaq vergisi ödəyir.

Əslində isə ərazinin əksər hissəsi bitkilər və keçilər üçün yox, qolf oyunu üçün istifadə edilir.

Qəzet hesablayıb ki, əgər keçilər və ot tədarükü olmasaydı Tramp ildə təxminən 80 min dollar torpaq vergisi ödəməli olardı. Vergilər daşınmaz əmlakın dəyərinə görə hesablanır.

Tramp ABŞ-da vergiləri "optimallaşdırma" məqsədilə müxtəlif kənd təsərrüfatı proqlamlarında iştirak edən ilk torpaq sahibi deyil. Rok ulduzu Bruce Springsteen, keçmiş Nyu Cersi qubernatoru Christine Todd Whitman, media maqnatı Stiv  Forbs da bu üsula əl atıblar.

"Azadlıq radiosu"