Almaniya kansleri Angela Merkel və Avropa Şurasının rəsmiləri Türkiyəyə səfər edəcəklər.
Bu barədə BBC məlumat verib. Kansler Türkiyə-Suriya sərhədi yaxınlığında Qaziantəp şəhərində yerləşən qaçqın şəhərciyinə baş çəkəcək. Merkellə birgə Türkiyəyə Avropa Şurasının prezidenti Donald Tusk və vitse-prezidenti Frans Timmerman da səfər edəcəklər.
Məlumata görə, Almaniya hökumətinin başçısı Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşəcək və Avropa ölkələrinə axın edən miqrantların məsələsini müzakirə edəcək(azərtac).